Şou-biznes
Başından çox yekə danışırsan – Tolik Zaurun cavabını verdi

Son günlərdə aparıcı Tolik Əliyev və Zaur Nəbioğlu arasında qalmaqal yaşanıb.
Qlobal.net xəbər verir ki, Tolik, Zaur Nəbioğlunun dünən onun ünvanına dediyi fikirlərə cavab verib.
O, öz verilişində çıxış edərək həmkarını tənqid edib:
“Zaurlar arasında ən axırıncısan, amma mən Toliklər arasında birinciyəm. Sənin xətrinə dəymək istəmirəm, amma sosial şəbəkə məni buna vadar edir. Mənim səninlə dostluğum var, amma hərdən başından çox yekə danışırsan. Mən Tolik olanda, sən hələ Zaur Baxşəliyevə ekran arxasında redaktorluq, köməkçilik edirdin. Mən prodüser kimi özümü təsdiqləyib efirə gəldim. Mən harda sənin adını 7 dəqiqənin içində 14 dəfə çəkmişəm? Harda olub bu? Bu nə pafoslu çıxışlardır? Mənim kanalımın adı var. Sahibi də 28 ildir eyni adamdır. Hərdən çaşırsınız, ünvanınızı itirirsiniz. Mənim verilişimin adını elə adam qoyub ki, o, rəngdən rəngə girmir. Mirşahin Ağayevin qoyduğu “Tarixin bir günü” verilişi 5 ildir belə davam edir, Zaur. Əgər verilişində olan hadisəni sənin dostun gəlib mənə deyirsə, burda günah məndə deyil, səndə də deyil. Sizin dostluğunuz laxlayıb. Lax yumurta kimi”, – deyə o qeyd edib.
Посмотреть эту публикацию в Instagram