Türkiyədə 2 uşaq atasının başsız meyiti tapılıb.
Qlobal.net
yerli mətbuata istinadla xəbər verir ki, İsmayıl D-dən 3 gündür xəbər ala bilməyən
dostları onun qardaşına bu barədə məlumat verib.
Bu xəbərdən
sonra İsmayılın evinə gələn qardaşı onun mənzildə başsız meyitini tapıb.
Evə gələn
polis əməkdaşları İsmayılın kəsilmiş başını evdəki zibil qabında aşkar edib.
Onun qətlində
həyat yoldaşı şübhəli bilindiyi üçün polis tədəfindən saxlanılıb.
Faktla bağlı
cinayət işi açılıb, araşdırma aparılır.
Qlobal.net
Səbinə