6365532679033202211220006
Basdırdığı həyat yoldaşını qarşısında görən ər dəhşətə gəldi - Qoluna bağladığı saat... / FOTOLAR

ABŞ-ın Vaşinqton ştatında 53 yaşlı bir kişi boşandığı arvadını diri-diri basdırıb.

Məlumata görə, 53 yaşlı Çae Kyonq An maliyyə məsələləri barədə danışmaq üçün keçmiş həyat yoldaşını evinə dəvət edib. Onların söhbəti bir müddət sonra mübahisəyə çevrilib.

Keçmiş həyat yoldaşına əsəbiləşən An onu basdırmaq üçün meşəyə aparıb. Sonra isə onun əl-ayağını skotçla bağlayaraq diri-diri basdırıb və üstünə ağır ağac qoyub.

Ölümlə üz-üzə qalan qadın bir neçə saat sonra skotçdan qurtulub və yerli sakinlərdən kömək istəyib. O, daha əvvəl-mübahisə zamanı smart saatından polisə təcili bildiriş göndərdiyi üçün polislər artıq hərəkətə keçmişdi. Hadisədən saatlar sonra polis şübhəli şəxsi ələ keçirib.

04.11.2022 21:58
show 963