Hacı Şahin Həsənlinin ölümü ilə bağlı araşdırma aparılır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.