641479c12857e202303233129
Baş nazirdən qaz limiti təklifinə CAVAB: "Vahid tarifə keçirilməlidir"

Baş nazir Əli Əsədov bu gün Milli Məclisin iclasında qaz limiti ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, hökumət başçısı bildirib ki, Azərbaycanda daxili qaz tələbatı 14 milyard kubmetrə yaxındır.

Baş nazir vurğulayıb ki, Azərbaycan kifayət qədər yüksək qiymətlə qaz idxal edir: “Bununla yanaşı özü də ixrac edir. Bu, bazar iqtisadiyyatıdır”.

Xatırladaq ki, bu gün iclasda çıxış edən millət vəkili Naqif Həmzəyev bildirib ki, əhalinin qaz limiti ilə bağlı narahatlığı var: “Mart ayı hələ 3-cü ay olmasına baxmayaraq artıq qaz limiti başa çatıb. Düşünürəm ki, növbəti illərdə limit məsələsi aradan qaldırılmalı, vahid tarifə keçirilməlidir”. 

17.03.2023 18:28
809