Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar,
qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə
birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısına dəyişiklik
edilib.
Qlobal.net xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası
ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə
yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları (tələb olunan faydalı
qazıntı növləri və onların həcmi nəzərə alınmaqla) istifadəyə
verildikdə və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan
yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki
sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə yerin təki
istifadəyə birbaşa danışıqlar yolu ilə veriləcək.
Bu, 2025-ci il yanvarın 1-dək qüvvədə olacaq.