photo_17501333
"Barselona"nın futbolçusu xəstəxanaya yerləşdirildi

"Barselona"nın futbolçusu Ronald Arauxo ağır zədələnib.

Qol.az xəbər verir ki, o, La Liqanın 36-cı turunun "Selta" ilə oyunun (3:1) ikinci yarısında sradan çıxıb. Arauxo 62-ci dəqiqədə komanda yoldaşı Qavi ilə toqquşub. Uruqvaylı müdafiəçi bir neçə addım atıb və bundan sonra qazona yıxılaraq huşunu itirib. Ronald təxminən 5 dəqiqə sonra meydandan təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Futbolçunun üzündə oksigen maskası olub.

Arauxonu Kleman Lanqle əvəzləyib.

11.05.2022 10:55
203