"Barselona" La Liqadan kənarlaşdırıla bilər.
Qol.az "Bolavip"ə istinadən xəbər verir ki, prokurorluq klubu hakimlərə rüşvət verməkdə ittiham edir. Əgər ittiham sübuta yetirilərsə, Kataloniya təmsilçisinin La Liqadan kənarlaşdırılması mümkündür.
Bundan əvvəl mətbuatda “Barselona”nın İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya rüşvət verməsi barədə iddialar yayılıb. 2016-2018-ci illər arasında Kataloniya klubu hakimlər komitəsinin keçmiş rəhbərinə məxsus DASNIL 95-ə 1,4 milyon avro ödəməkdə şübhəli bilinir.
Qeyd edək ki, "Barselona" hazırda La Liqada 56 xalla liderdir.