photo_46077974
“Barselona” La Liqada XXI əsrin rekorduna imza atdı

“Barselona” La Liqanın 28-ci turunda “Osasuna” ilə görüşdə XXI əsrin rekorduna imza atıb.

Katalon klubunun heyətində qollardan birini yarımmüdafiəçi Riki Puç vurub. Beləliklə, cari mövsümdə “Barsa”nın heyətində 22 fərqli futbolçu fərqlənməyi bacarıb. Sözügedən nəticə XXI əsrin rekordu olub.

Buna qədər Madrid “Real”ının heyətində 2019/20-ci illər mövsümündə 21 futbolçu fərqlənmişdi.

Qeyd edək ki, 27 turdan sonra aktivində 51 xalı olan “Barselona” üçüncü pillədə qərarlaşıb. O, lider “Real”dan 12 xal geri qalır. Növbəti turda isə məhz bu iki komanda üz-üzə gələcək.

Mənbə: Championat.com

14.03.2022 11:19
207