664f2895b34ce202405242925
Barmaq izi ilə ödəniş - Alış-verişdə yeni era başlayır

Alış-verişdə yeni dövr başlayır. 

Qlobal.net Yenisabah.az-a istinadla xəbər verir ki, artıq barmaq izi ilə də ödəniş etmək mümkün olacaq. Mütəxəssislər bu ödəniş üsulunun daha təhlükəsiz olacağını bildirirlər.

Türkiyə artıq bu dövrə keçid etməyə hazırlaşır. Garanti BBVA-nın açıqlamasında bildirilib ki, bankın məhsulu olan Bonus Platinum Biometrik Kartla birlikdə təqdim edilən barmaq izini identifikasiya dəsti ilə bir neçə addımda kartlarındakı barmaq izlərini müəyyən edirlər. 

Alış-veriş edərkən kartlarını POS cihazının təmassız sahəsinə yaxınlaşdıraraq barmaqlarını kartdakı sensorun üzərinə qoya, barmaq izlərinin yoxlanılması ilə parol daxil etmədən ödənişlərini saniyələr ərzində tamamlaya bilərlər.

23.05.2024 15:55
show 233