22.09.2020
14:56

Banklar Fonddan dollar aldılar - Valyuta hərracı keçirildi

22 sentyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Mərkəzi Bankın yaydığı məlumata görə, hərracda tələb 72,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki,17 sentyabr 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 73,3 milyon ABŞ dolları təşkil etmişdir.

Mərkəzi Bank bəyan edib ki, 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi ilə Neft Fondundan transfertlərin artırılması valyuta bazarında tarazlığa əlavə dəstək verəcəkdir.

Loading...