6454f57563e68202305232421
Bankdan kredit götürmək istəyənlərin DİQQƏTİNƏ! - Mayın 3-dən etibarən...
Mayın 3-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin artırılmasına dair qərar qəbul etdi. İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9 faizə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5 faizə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10 faizə qaldırılıb.

Bəs bu artım banklarda olan kreditlərə təsir edə bilərmi və uçot dərəcəsinin davamlı olaraq artırılması gözlənilirmi?
Bu barədə Referans.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Mərkəzi Bank inflyasiyanı cilovlamaq üçün belə bir addım atır və bunun davamlı olması gözlənilir:
“Xarici ekspertlər Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı sərt yanaşmasına fasilənin olacağı ilə bağlı proqnoz verəndə mediada yazmışdım ki, beynəlxalq ekspertlər yanılır, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini yenə qaldıracaq və gözlənilən baş Verdi. Budur, AMB 10%-ə çatdırıldı. Ona görə ki, Mərkəzi Bank ilin əvvəlində və eləcə də 1-ci rübün sonunda 2023-cü ildə Azərbaycanda infilyasiyanı 8% proqnozlaşdırdığını bəyan etmişdir. Nəzərə alsaq ki, infilyasiyanın azalması o qədər yavaş gedir ki, 8%-lik nəticə almaq, asan deyil. Buna görə də AMB öz verdiyi proqnozu sonda reallığa çevirmək istəyirsə, davamlı sərt monitar siyasət onun ata biləcəyi ən effektiv addımdır.  Əks halda nəinki 8%, heç 9-9,5% belə sual altında olar. Odur ki, hesab edirəm ki, monetar siyasətin hazırkı xətti (sərt yanaşma) il sonuna qədər davam edərsə, o zaman infilyasiya təkrəqəmli həddə enə bilər. Amma nə qədər pozitiv yanaşsam da yenə də bu tək rəqəmin 8 olmasına inana bilmirəm. Daha çox orada bir vergülün olacağına və vergülün solunda isə 9 olacağına daha çox inanıram".
Eldəniz Əmirov artan uçot dərəcələrinin kreditlərə təsir etmə ehtimalının az olduğunu bildirib:
“Bu artımın kreditlərə hər hansı bir ciddi təsir etməsi gözlənilmir. Çünki kreditlərə ciddi təsiri o zaman olur ki, kommersiya banklarının maliyyələşdirilməsi daha çox mərkəzi bankın hesabına həyata həyata keçirilir. O zaman kredit faizlərində bu təsir özünü göstərir, amma hazırkı vəziyyətdə bu o qədər yuxarı səviyyədə olmadığına görə kredit fazilərinə də təsir olmur”.

05.05.2023 16:23
535