Bəs bu artım banklarda olan kreditlərə təsir edə bilərmi və uçot dərəcəsinin davamlı olaraq artırılması gözlənilirmi?
Bu barədə Referans.az-a
danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Mərkəzi Bank
inflyasiyanı cilovlamaq üçün belə bir addım atır və bunun davamlı olması
gözlənilir:
“Xarici ekspertlər Azərbaycan Mərkəzi Bankının uçot
dərəcəsi ilə bağlı sərt yanaşmasına fasilənin olacağı ilə bağlı proqnoz
verəndə mediada yazmışdım ki, beynəlxalq ekspertlər yanılır, Azərbaycan
Mərkəzi Bankı uçot dərəcəsini yenə qaldıracaq və gözlənilən baş Verdi.
Budur, AMB 10%-ə çatdırıldı. Ona görə ki, Mərkəzi Bank ilin əvvəlində və
eləcə də 1-ci rübün sonunda 2023-cü ildə Azərbaycanda infilyasiyanı 8%
proqnozlaşdırdığını bəyan etmişdir. Nəzərə alsaq ki, infilyasiyanın
azalması o qədər yavaş gedir ki, 8%-lik nəticə almaq, asan deyil. Buna
görə də AMB öz verdiyi proqnozu sonda reallığa çevirmək istəyirsə,
davamlı sərt monitar siyasət onun ata biləcəyi ən effektiv addımdır.
Əks halda nəinki 8%, heç 9-9,5% belə sual altında olar. Odur ki, hesab
edirəm ki, monetar siyasətin hazırkı xətti (sərt yanaşma) il sonuna
qədər davam edərsə, o zaman infilyasiya təkrəqəmli həddə enə bilər. Amma
nə qədər pozitiv yanaşsam da yenə də bu tək rəqəmin 8 olmasına inana
bilmirəm. Daha çox orada bir vergülün olacağına və vergülün solunda isə 9
olacağına daha çox inanıram".
Eldəniz Əmirov artan uçot dərəcələrinin kreditlərə təsir etmə ehtimalının az olduğunu bildirib:
“Bu
artımın kreditlərə hər hansı bir ciddi təsir etməsi gözlənilmir. Çünki
kreditlərə ciddi təsiri o zaman olur ki, kommersiya banklarının
maliyyələşdirilməsi daha çox mərkəzi bankın hesabına həyata həyata
keçirilir. O zaman kredit faizlərində bu təsir özünü göstərir, amma
hazırkı vəziyyətdə bu o qədər yuxarı səviyyədə olmadığına görə kredit
fazilərinə də təsir olmur”.