dollar

Bank səhvən müştəriyə 81 trilyon dollar köçürdü - ŞOK

Amerika bankı "Citigroup" səhvən müştəriyə 280 dollar əvəzinə 81 trilyon dollar köçürüb.

Qlobal.net xəbər verir ki,  bu barədə "Financial Times№ (FT) qəzeti yazır. 

Nəşrin məlumatına görə, hadisə ötən ilin aprelində baş verib, lakin məlumat indi paylaşılıb. 

Qəzet qeyd edib ki, iki bank işçisi bu əməliyyatı dərhal təsdiqləyib. Maliyyə qurumunun üçüncü əməkdaşı səhvi əməliyyatdan cəmi bir saat yarım sonra hiss edib. 

Nəşr əlavə edib ki, transfer bir neçə saat sonra ləğv edilib.  

Amerika bankı gələcəkdə oxşar halların qarşısını almaq üçün hazırda əməliyyatların yoxlanılması proseslərinin avtomatlaşdırılması üzərində işləyir. (Unikal)

28.02.2025 20:31
show 1481