Ballı tort necə hazırlanır?
Ballı tort şirin və təbii ləzzətləri ilə məşhur olan bir desertdir.
Qlobal.net bildirir ki, balın zəngin və unikal dadı, torta həm yumşaq, həm də ətirli bir toxuma qatır.
Reseptdə istifadə edilən stəkan ölçüsü 200 ml.
Ərzaqlar:
100 qr. bal
100 qr. kərə yağı
1 çay qaşığı soda
4 ədəd yumurta
1/2 stəkan şəkər tozu
1,5 stəkan un
Krem üçün
600 qr. 25-30% xama
200 qr. qatılaşdırılmış süd
Hazırlanması:
Qazana kərə yağı, bal əlavə edilib, vam odda ocağa qoyulur. Kərə yağı əriyəndə soda əlavə edilir. Karamel rəngini alanadək qarışdırılır, ardından ocaqdan götürürülür. Başqa bir qabda yumurta və şəkər tozu, yumurtanın rəngi ağarıb, həcmi artanadək mikserlə qarışdırılır. Üzərinə ballı qarışım və 2-3 dəfəyə ələnmiş un əlavə edilir. Yağlı kağız sərilmiş soba qabında, əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada təxminən 12 dəqiqə bişirilir. Bişən xəmiri ortadan 2-yə bölüb, hər hissə isə 2 qata ayrılır, ümumilikdə 4 qat alınır. Kənarları isə tortun üzərini bəzəmək üçün kəsilir.
Krem üçün lazım olan ərzaqlar qarışdırılır, qatlar kremlənir. Soyuducuda 1 saat gözlətdikdən sonra dilimləyə bilərsiniz.
Hazırlayacaq olan hər kəsə indidən nuş olsun.
Fidan
Qlobal.net