63e36ddc7afe5202302233940
Baləli yayılan görüntülərindən danışdı: “Cəriməsi 20 manat deyil, ödəyərik”

Məşhur meyxanaçı Balaəli Maştağalı Qara Qarayev prospektində dükana girmək üçün “Range Rover” markalı avtomobilini yolun hərəkət hissəsində saxlayaraq avtobusa maneə törətməsinə, bununla bağlı yayılan görüntülərinin tənqid edilməsinə münasibət bildirib.

Qlobal.net xəbər verir ki, meyxanaçı pravda.az-a açıqlamasında deyib ki, sözügedən ərazidə dükana yox, aptekə giribmiş.

“Dükana girməmişəm, aptekə dərman almağa girmişəm. Övladım Qara Qarayevdə xəstəxanadadır. Hələ ki burdayam, şükür Allaha, vəziyyəti yaxşıdır. Tələsik olub, avtobusu saxlatmışam. Təcili dərman çatdırmalı idim. Dərman alıb, aparıb xəstəxanaya vermişəm. Görüntülərdə də polis görür ki, mən hara girmişəm. Təcili dərman almalıyamsa, avtomobili saxlaya bilərəm.  Mən dərman alıram də orda, nə olar bəyəm? 20 manat cərimədirsə, dövlətin qanunu-qaydası var. Cəriməsi var, cəriməsini də ödəyəcəyik…” – B.Maştağalı deyib.

08.02.2023 13:39
show 804