63bfb041c48d8202301230121
Balakəndə FACİƏ: Qazi vəfat etdi, anasının ürəyi dayandı - FOTO

Vətən müharibəsi qazisi vəfat edib. 

Lent.az-ın məlumatına görə, Balakən rayonu, İtitala kənd sakini Osmanov Zamir Şakir oğlu Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhumun cənazəsi bu gün Balakənə aparılaraq ailəsinə təhvil verilib. 

Bu zaman oğlunun ölüm xəbərini eşidən anası Esma Çiliyevanın da ürəyi dayanıb. 

Z.Osmanov bu gün doğulduğu kənddə torpağa tapşırılıb. 

Esma Çiliyeva isə sabah dəfn ediləcək. 

12.01.2023 10:59
show 324