65f844cbe464a202403244235
Balaəli estetik əməliyyat etdirəcək - Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Balaəli Maştağalı bir müddət əvvəl keçirdiyi avtomobil qəzası haqqında danışıb. 

Qlobal.net referans.az-a istinadən xəbər verir ki, o, bir müddət əvvəl keçirdiyi qəza zamanı avtomobili aşıb və nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Meyxanaçı özü də xəsarət alıb. 

O bildirib ki, qəza zamanı rolun burnuna dəyməsi səbəbindən burnu pis vəziyyətə düşüb və hazırda nəfəs almaqda çətinlik çəkir. Elə buna görə də Balaəli burun əməliyyatı etdirməyi düşünür. 

18.03.2024 17:42
show 557