19.04.2021
11:24
202

“BakuBus”un avtobusu ağaca çırpılıb, xəsarət alanlar var

Loading...

Bakıda yol- nəqliyyat hadisəsi baş verib.

 

Qlobal.net report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yanında qeydə alınıb.

 

Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.

 

Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib.

Loading...