Bakıya qar yağacaq

Bakıya qar yağacaq - BU TARİXDƏ

Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə Qlobal.net-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

26.02.2025 10:44
show 561