"Bakirəliyin bərpası üçün gələnlərin sayı çoxdur" - Ginekoloqdan ŞOK açıqlamalar
Son günlər cərrahların qeyri-peşəkarlığı ilə bağlı müzakirələr tez-tez gündəmə gəlir. Əsasən də son illər burun, mədəkiçiltmə və digər əməliyyatlar zamanı ölüm hallarının çoxalması təşviş yaradıb.
Nə zaman ölüm halı baş verə bilər? Həkim səhlənkarlığı hansı hallarda baş verir?
Narazılığa səbəb olan digər məsələ isə tibbdən anlayışı olmayanların əməliyyatlar etməsi və cərrahların ciddi əməliyyatları sosial şəbəkələrdə şouya çevirmələri ilə bağlı olur. Bəzi ginekoloqlar doğuş prosesini, vaginaplastika və sairə prosedurları çəkib sosial şəbəkələrdə ədəbsizcəsinə paylaşırlar. Düzdür, pasiyentin üzü göstərilməsə də, bütün proses açıq-aşkar görünür.
Bəs bu kimi hallar həkim etikasına nə dərəcədə uyğundur?
Cərrah-ginekoloq Rəşad Sultan "TV Müsavat"ın qonağı olub, bu və digər sualları cavablandırıb.
Həmin videomaterialı təqdim edirik: