30.09.2021
12:53
219

Bakının özəl məktəbində mühafizəçi ilə valideyn arasında əlbəyaxa dava düşdü - RƏSMİ/VİDEO

Loading...

Daxili İşlər Nazirliyi (DİN) Bakıda özəl məktəblərdən birinin həyətində yaranan insidentə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.

“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.


Loading...