Hazırda Bakıda bahalı mənzillərin sayı kifayət qədərdir. Təqribən 1.8-2.5 milyon manata mənzillər var.
Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, həmin mənzillər əsasən şəhərin mərkəzində, mərkəzə yaxın ərazilərdə yerləşir.
"Elə ərazilər var ki, orada təmirsiz mənzillərin bir kvadratmetrinin qiyməti 8 min manatdır. Elə evlər var ki, smart sistemlə inşa olunub və yüksək standartlarla təmir olunub və yüksək qiymətə satılır.
Ancaq elə bağ evləri də var ki, açıq satışda olmasa da qiyməti 25 milyon manata, bəzi hallarda 30 milyon manata qədərdir. Bu evlər əsasən dənizə yaxın ərazilərdə 1-2 hektar ərazidə böyük tikililərdir", - deyə ekspert əlavə edib.