6559afbab933c202311234826
Bakının bu ünvanında söküntü başlayıb - Sakinlərə 4 min AZN kompensasiya verilir

Paytaxtın Nərimanov rayonunda söküntü işləri aparılır. Söküntü işləri heç də bütün sakinləri qane etmir. 

Qlobal.net baku.ws-ə istinadən bildirir ki, Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsindən başlayan prosesdə əsasən fəaliyyəti dayandırılan obyektlər sökülür. 

51 ailənin yaşadığı 5 mərətəbəli bina da söküntü planına daxil edilib. Əvəzində mənzil sahiblərinə kompensasiya təklif edilib. 

Həmin məbləğ bəzi vətəndaşlar tərəfindən qəbul olunsa da, əksəriyyət bununla razılaşmayıb. 

Sakinlərdən biri arb tv-yə bildirib ki, bir otağa 120 min kompensasiya verilir: "Kvadratına 4 min manat düşür. 3 otağa 280 min verlməli olduğu təqdirdə 175 min təklif olunub. Bu pulla yeni tikilidə bir otaqlı mənzil almaq mümkün deyil". 

19.11.2023 10:46
show 573