Bakının bu rayonunda SÖKÜNTÜ başlayır - Sakinlərə yeni binadan mənzillər, 450 AZN kirayə pulu veriləcək - VİDEO
Paytaxtın
Yasamal rayonu Sübhi Salayev, Zivərbəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə,
Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən
qəzalı vəziyyətdə olan evlərin yaxın vaxtlarda söküntüsünə başlanacaq.
Qlobal.net xəbər verir ki, sözügedən ərazidə yaşayan 230 ailədən
175-i ilə razılıq əldə olunub. Kirayə mənzillərə köçən sakinlərə aylıq
ödənişlər söküntü işləri aparacaq şirkət tərəfindən ödəniləcək.
Sakinlərin bəzisi onlara 350 AZN, bəzisi də 450 AZN kirayə pulu ayrıldığını deyib.
Xəzər TV-nin hazırladığı videomaterialı təqdim edirik: