Cəmiyyət
Bakının bu hissəsində qaz olmayacaq

Yasamal rayonunda qaz olmayacaq.
Qlobal.net xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Yasamalda aşkar olunmuş sızmanın aradan qaldırılması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 08.12.2025-ci il saat 10:00-dan etibarən A.M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7,8,9-cu Sallaqxana küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Fidan Məmmədli
Qlobal.net



