Cəmiyyət
Bakının bu hissəsi işıqsız qalacaq

Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qlobal.net xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində bu gün elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək:
“Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 May küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.



