6624d233b62d8202404244539
Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO

Sosial şəbəkələrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-3" yaşayış massivindəki binalarda əyilmə olduğu və ərazidə bərkitmə işlərinin aparıldığı barədə görüntülər yayılıb.

Bildirilib ki, işlər təhlükəsizlik qaydalarına riayət olunmaqla aparılır.

Qlobal.net xəbər verir ki, sakinlər İTV-yə bildiriblər ki, binanın bünövrəsi zəif olduğundan artıq əyilməyə başlayıb. Odur ki, ərazidə quyu qazılıb, bərkitmə işləri görülür.

Tikintini aparan işçilər isə öz növbəsində söyləyiblər ki, təhlükəsizlik qaydaları pozulmayıb.

Lökbatan qəsəbəsi üzrə Mənzil İstismar Sahəsinin nümayəndələri də ərazidə olublar. Onların sözlərinə görə, hazırda bərkitmə işləri bina 26-da aparılır. Növbə ilə deformasiyaya uğrayan digər binalardakı probemlər də aradan qaldırılacaq.

21.04.2024 12:45
show 734