64060d238654e202303235619

Bakının bu ərazisi PLANA DÜŞDÜ - EVLƏR SÖKÜLƏCƏK

Yasamal rayon Alatava 1 adlanan yaşayış sahəsində söküntü işləri başalayacaq. Ərazi yenidən qurulacaq və müasir standartlara cavab verən binalar tikiləcək.

Bu barədə Referans.az-a Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Alatava 1 yaşayış sahəsi yenidən qurulacağı və yaxın zamanda işlərin icrasına başlanılacağı bildirilib:

“Yasamal rayonu ərazisində Alatava 1 yaşayış sahəsi köhnə tipli fərdi evlərdən ibarətdir. Burada uzun illər sakinlər öz yaşayış şəraitini yaxşılaşdırmaq məqsədiylə çox saylı əlavə tikintilər və bir sıra binaların ikinci mərtəbələrində yenidənbərpa işləri aparıblar. Bu da bir çox problemlərin yaranmasına səbəb olub. Hazırda üzərində işlədiyimiz layihənin əsas məqsədi həmin sahədəki özbaşına tikililəri sökmək və ərazidə müasir şəhər qurmaqdır. Sözügedən ərazidəki köhnə tikililər söküldükdən sonra onların yerinə layihə əsasında müasir məhəllə salınacaq. İlkin layihəyə əsasən 13, 14 və 16 mərtəbəli yaşayış binalarının, uşaq baxçası, məktəb və bir sıra qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. Bundan əlavə yaşayan sakinlərin istirahətini təmin etmək üçün bəzi yaşıllıq ərazilərinin, uşaq əyləncə sahələrinin, açıq və qapalı idman meydançalarının təşkili nəzərdə tutulur”.

İcra Hakimiyyətindən layihənin üzərində işlərin getdiyi və sözügedən layihəyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən nəzarət edildiyi bildirilib. 

06.03.2023 19:55
show 435