Maraqlı
Bakılı milyonçunun simicliyi

Qlobal.net saytı tarixçi Araz Vəliyevin Ağa Musa Nağıyev haqda yazısını təqdim edir:
Milyonçu Ağa Musa Nağıyev mədənə gəlir, görür ki, kontorun yanında divar hörən bənna və fəhlələr nahar fasiləsinə çıxıb, işə yaramayan taxtalardan ocaq qalayıb qızınır, çörək yeyir, söhbət edirlər. İş icraçısı da papiros bükür, kibriti alışdırıb, yandırır. Ağa Musa bunu görüb ona deyir: “Bala sabahdan işə çıxma, get kontora haqq-hesabıvı al”.
İş icraçısı dillənir: “Niyə, Ağa Musa?..”
Ağa Musa: “Ona görə ki, qabağında o boyda ocaq, papirosu yandırmırsan, nahaq yerə kibriti zay edirsən, öz maluvun qədrini bilmədiyin halda, mənim malımın qədrini heç bilməyəcən”.
Qlobal.net



