Bakıdan köçürülməsi gözlənilən 4 universitet - VACİB AÇIQLAMA
Ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həllində vacib amillərdən biri ola bilər.Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran
Əsədov Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini
tapan universitetlərin köçürülməsinə münasibət bildirərkən deyib.
"Bakıda
yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Paytaxtdakı
universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil
sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə
təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi,
ya da valideynlərin övladlarını maşınla gətirməsi şəhərdə sıxlığı
artırır. Ona görə də universitetlərin şəhərdən kənara köçürülməsi
məqsədəuyğundur. Hesab edirəm ki, paytaxtdan kənara köçürülməyə ehtiyac
olan univerisitetlər əsasən Dillər Universiteti, İqtisad Univeristeti,
Slavyan Universiteti və Pedaqoji Universitetdir. Çünki bu
universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx
hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin
Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməi daha
effektiv olar. Bu Bakıətrafı ərazilərin də inkişafına təkan verər.
Şəraiti olmayan ali təhsil ocaqlarının da şəhər kənarında ayrıca bir
şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı", - Kamran Əsədov
bildirib.
Ekspertin sözlərinə görə, Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var:
"Tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub".