65716ff0a2c0d202312231040
Bakıdakı zəlzələ anı televiziyanın canlı efirində - VİDEO

Azərbaycanda hiss olunan zəlzələ anı ARB televiziyasının canlı yayımında nümayiş olunub.

Day.Az ARB TV-ya istinadən xəbər verir ki, zəlzələ anı aparıcılar Rahil Sayadoğlu və Sevda Rəsulqızının təqdimatında yayımlanan "Günə doğru" verilişində öz əksini tapıb.

Aparıcılar peşəkarlıq nümayiş etdirərək tamaşaçılara baş vermiş zəlzələ ilə bağlı ilkin informasiyanı çatdırıb və verilişi davam etdiriblər.

Qeyd edək ki, bu gün yerli vaxtla 08:15-də Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir. 

Zəlzələ anı Xəzər televiziyasının canlı efirində də açıq his edilib.

Görüntüləri təqdim edirik:                                                                                                                            

07.12.2023 11:09
show 469