Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkinin yaxınlığındakı atışamanın kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsə görə baş verdiyi iddia edilib. "Vurğun Rezidens"də yerləşən zala məşqə gələn Nicat oradan çıxarkən silahlı hücuma məruz qalıb. Naməlum şəxs onu öldürməyə cəhd etsə də alınmayıb.
Milli.Az bildirir ki, hadisənin səbəbkarı olan Nicat Lənkəranski ilə bağlı foto əldə edilib. Belə ki, N.Lənkəranski "Emin 444" (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qisasını almaq məqsədilə öldürülən idmançı Zaur Yusifovla yaxın dost imiş.
Birlikdə çəkilmiş fotoda onların səmimiyyəti aydın görünür.
Xatırladaq ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu ("Emin 444") 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülmüşdü. Onun qətli ilə bağlı cinayəti törədən Həsən Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılmışdı. Uzun çəkişmələrdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət vermiş, Həsən isə 18 il müddətə azadlıqdan məhrum edilmişdi. Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançı olub.
2022-ci ilin martın 14-də isə "Emin 444"ün xalası oğlu Samir Şirəliyev qisas almaq məqsədi ilə idmançını marketdə odlu silahdan atəş açaraq qəsdən öldürmüşdü. (32gun.az)