665bf4b50f966202406242733
Bakıda yeni açılan “Crescent Mall”da DƏHŞƏTLİ hadisə - VİDEO

Bakının Neftçilər prospektində açılan yeni ticarət mərkəzi “Crescent Mall” xoşagəlməz hadisə baş verib. 

News24.az-ın xəbərinə görə,  hadisə ilə bağlı sosial şəbəkələrdə video görüntülər yayılıb.

Yayılan görüntülərdən aydın olur ki, azyaşlı bir uşağın ayağı eskalatorlarda sıxışıb. Görüntülərdə ərazidə olan vətəndaşların uşağa və valideyninə köməyə etdiyi görünür.

Məsələ ilə bağlı “Crescent Mall”un məlumat mərkəzi ilə əlaqə saxladıq. Hadisə barəsində ətraflı məlumat veriləcəyi bildirilib.


02.06.2024 08:23
show 4023