qadin
Bakıda “WhatsApp”la kişilərə intim xidmət təşkil edən şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində fahişəliyə cəlb etmədə təqsirləndirilən V.V.-nin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Qlobal.net bildirir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, bir il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, V.V. 2021-ci il sentyabrın ortasından 2022-ci ilin mart ayının sonunadək olan müddət ərzində paytaxt ərazisində yerləşən mənzillərin birində iki qadınla "WhatsApp" vasitəsilə əlaqə saxlayıb. O, həmin şəxsləri müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürüb. Daha sonra V.V. polis əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

09.01.2024 12:29
show 4418