653a988a8f4f4202310234914
Bakıda voleybol oyunu zamanı faciə: tanınmış diktor öldü - FOTO

Tanınmış diktor Ramiz Qafarov vəfat edib. 

Qlobal.net xəbər verir ki, o, bu gün axşam saatlarında ürəktutmasından dünyasını dəyişib. 

Məlumata görə, onun “Spartak” - “Xarı bülbül” voleybol matçında halı pisləşib və R.Qafarovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ramiz Qafarov həm də, “Qarabağ”ın ev oyunlarında stadionun diktoru idi.

26.10.2023 20:48
show 1215