Bakıda universitetin əməkdaşı işdə vəfat etdi
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və
Kimya kafedrasının böyük laborantı Kosayeva Aybəniz Qədir qızı vəfat
edib.
Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat
Abdullayev "Report"a bildirib ki, A.Kosayeva bu gün səhər saatlarında
işə gəlib və qəfil halı pisləşib.
Onun sözlərinə görə, universitetin tibb xidmətinin və çağırılan
təcili dibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq onun həyatını
xilas etmək mümkün olmayıb:
"Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu
xəstəliyə görə müalicə alırdı. Həkimlərin ilkin diaqnozuna görə onun
ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir. Allah rəhmət eləsin”.
Qeyd edək ki, A.Kosayeva 19 sentyabr 1951-ci ildə Qazax şəhərində
anadan olub. O, 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil
olub və 1974-cü ildə Qeyri üzvi maddələrin və kimyəvi gübrələrin
texnologiyası ixtisasını bitirib.
A.Kosayeva 1975-ci ildən Kimya kafedrasında (indiki Fizika və Kimya) işləyib.