645b296d4cccd202305231941
Bakıda toyda arvad ərinə boşanacağını dedi, bıçaqlandı

Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəminində dava düşüb.

Qlobal.net APA-ya istinadən bildirir ki, hadisə "Təbrik" restoranında qeydə alınıb.

Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib.

Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub.

Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

10.05.2023 09:18
show 777