6534d7809b4b4202310230416
Bakıda torpaq almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu ərazilərdə qiymət bahalaşa bilər

“Növbəti ildən etibarən Bakıda torpağın bahalaşması gözlənilir”.

Qlobal.net xəbər verir ki, bunu Bizim.media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert paytaxtda bahalaşmanı stimullaşdıran bəzi amillərin olduğunu bildirib:

“Həmin amillərdən biri də mərkəzdə çoxmərtəbəli binaların tikintisi üçün torpaq sahəsinin tapılmamasıdır. Buna görə də sahibkarlar şəhərin kənar məntəqələrinə üz tutmağa məcbur olurlar. Əsasən də, Binəqədi, Sabunçu, Abşeron, Xırdalan və digər istiqmətlərə üz tuturlar. Bu ərazilərdə çoxmərtəbəli bina tikintisi üçün yer tapmaq mümkündür”.

R.Qasımzadə vurğulayıb ki, mərkəzdə, xüsusilə də Nərimanov, Nəsimi, Səbail rayonlarında boş ərazi tapmaq müşkülə çevrilib:

“Bu ərazilərdə çoxmərtəbəli binaların tikintisi ilə bağlı torpaq əldə etmək üçün mütləq fərdi yaşayış evlərinin söküntüsü həyata keçirilməlidir. Bu da sahibkarlara xeyli baha başa gəlir. Ona görə ki, söküntü zamanı ilk növbədə vətəndaşa kompensasiya ödənilməlidir. Eyni zamanda, əgər torpaq sahəsi dövlətə məxsusdursa, özəlləşdirilməsini həyata keçirmək lazımdır. Bu da torpağın qiymətinin bahalaşmasına səbəb olan amillərdən birinə çevrilir”.

22.10.2023 12:03
1192