tıxac

Bakıda tıxacların səbəbi BU İMİŞ: "Xidməti maşınlardan qeyri-qanuni...” - ŞOK AÇIQLAMA

“Bakıda tıxacların səbəbi xidməti maşınlardan qeyri-qanuni istifadənin nəticəsidir. Heç bilirsinizmi, xidməti maşınlardan nə qədər insan istifadə edir?! Bir çox hallarda xidməti maşından şəxsin ailə üzvləri yararlanır, bu isə dövlətin vəsaitindən qeyri-qənaətbəxş istifadə sayılır. Xidməti maşınlardan istifadə ilə bağlı qaydalar bütün təşkilatlar tərəfindən qəbul olunmalıdır. Bu avtomobillər səmərəli, təyinatına uyğun və etik qaydalar çərçivəsində istifadə edilməlidir. Xidməti avtomobillər yalnız rəsmi əhəmiyyətli işlər üçün istifadə oluna bilər. Şəxsi məqsədlər üçün istifadə isə qadağandır”.

Bu fikirləri Musavat.com-a iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

O əlavə edib ki, xidməti maşınların istifadəsi haqqında təlimat olmalıdır, müvafiq sənədləşmə olmalıdır:

WhatsApp Image 2025-02-21 at 16.01.55 (1).jpeg (225 KB)

“Xidməti maşınlardan kimlər istifadə edə bilər və hansı məqsədlər üçün, bunlar hamısı müvafiq qanunvericilikdə öz əksini tapmalıdır. Biz bu gün tıxacların qarşısını almaq istəyiriksə, baxmalıyıq, görəsən o xidməti maşınlar həqiqətən də xidməti fəaliyyətlə əlaqədar yollardadırmı. Adam var səhər saat 9-dan 6-a qədər işdədir. Sürücü xərcinə nə ehtiyac var. O sürücü gedib ictimai nəqliyyatda işləyib tıxacın qarşısını almaq yerinə, yüzlərlə insan daşımaq yerinə, bir adam üçün ayrılır, bir adamı daşımaq üçün bu qədər xidməti maşına ehtiyac varmı?! Xidməti maşınların siyahısı çıxarılmalıdır, auditi aparılmalıdır. Misal üçün, bu gün Hesablama Palatasının tullantıların istifadəsi haqqında hesabatı çıxıb. Xidməti maşınların da geniş istifadəsi haqqında hesabatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hazırlanıb Maliyyə Nazirliyinə verilməlidir. Əlbəttə, bu gün şirkətlərin sayı çoxdur. Şirkətlərə də məhdudiyyətlər tətbiq edilməlidir. Yoxsa hamıya maşın paylayırlar, bu da olmaz axı. Bütün bunlar qanunla tənzimlənməlidir. Necə ki, bizdə kiçik, orta, böyük şirkətlərin təsnifatı müəyyənləşdirilib, burada da müəyyən tənzimləmə olmalıdır. Şirkətlər nə qədər maşından istifadə edə bilərlər, mikro şirkətə nə qədər maşın düşür, buna əsasən xidməti maşın verilməlidir. Yoxsa şəhərdə tərpənmək olmur”.

21.02.2025 16:43
show 1171