Aparıcı Amil Xəlilin Space tv-də yayımlanan "Gəl, danış" verilişində gərgin anlar yaşanıb.
Qlobal.net xəbər verir ki, verilişin ötən gün yayımlanan buraxılışına iştirakçı qismində qatılan Əli adlı şəxs sosial şəbəkədən tanış olduğu qadının ondan hamilə qaldığını və ailəsini dağıtdığını deyib.
Əli Bahar adlı qadınla təxminən bir il əvvəl Bakıda tanış olduğunu və daha sonra isə onunla münasibətə başladığını bildirib. Onun sözlərinə görə, o, qadınla cinsi əlaqədə olmayıb, lakin qadın bir müddətdən sonra onun yanına gələrək hamilə olduğunu və uşağı üstələnməsini istəyib.