Bakıda sürücüsü tanınmış həkimi soydu - 11 min manat (FOTO)
Bakıda Dünya Göz Klinikasının həkimi Mehmet Şeref Öğretmenoğlu sürücüsü tərəfindən soyulub.
Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, cinayət işinə
Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılıb.
Belə ki, təqsirləndirilən Elşən Süleymanov (soyad-şərtidir) 2021-ci
ilin may ayının əvvəllərindən başlayaraq iş vaxtı qurtarandan sonra,
Türkiyə vətəndaşı Mehmet Şeref Öğretmenoğlunun Badamdarda yerləşən evinə
hasardan tullanaraq qanunsuz daxil olub.
O, bu üsulla evə daxil olan zaman həkimin əl çantasının
içərisindəki pulun bir hissəsini yəni, 420 manat, 15 gün sonra 700
manat, bir ay sonra 1000 manat, 16 iyul tarixində 900 dollar, ümumilikdə
isə zərərçəkmiş şəxsə 5350 manat maddi ziyan vurmaqla oğurluq edib.
Lakin Elşən bu əməli ilə kifayətlənməyib. O, növbəti dəfə Tural
adlı tanışı ilə həkimin evinə gələrək oğurluq edib. Belə ki, Elşən
Turala həkimin çantasından 1000 manatdan artıq pul götürməməyi, əks
halda Mehmet Şerefin şübhələnəcəyini bildirib. Tural isə evə girib
oğurluq etdikdən sonra Elşənə 1100 manat götürdüyünü bildirib. Sonradan
məlum olub ki, Tural evdən 1100 yox, 6 min manat oğurlayıb və o, Elşəni
də aldadıb. Sonradan Turala zəng çatmayıb.
Oğurluqlara rəğmən, həkim ilk baxışda Elşəndən şübhələnməyib. Belə
ki, bir müddət sonra Şeref Öğremenoğlu Azərbaycana gələn həyət yoldaşı
ilə birlikdə dincəlmək üçün Qubaya yollanıb. Səhəri günü Bakıya
qayıtdıqdan sonra o, Elşənə zəng edərək gəlib onu işə aparmasını deyib.
Elşən isə həkimin dediyin yerinə yetirməyib, daha sonra isə telefonu
söndürüb.
Elşənin davranışlarından şübhələn M.Şeref polisə evindən oğurluq
edilməsi ilə bağlı şikayət edib. O, ümumilikdə ona 11350 manat maddi
ziyan dəydiyini bildirib. Bundan sonra Elşən barəsində polis tərəfindən
axtarış elan edilib. O, bu ilin martında tutularaq istintaqa təhvil
verilib.
Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittihamda özünü
təqsirli bilərək ifadəsində göstərib ki, təxminən 3 il əvvəl taksi
fəaliyyəti ilə məşğul olarkən Badamdar qəsəbəsində yaşayan və Dünya Göz
Klinikasında həkim işləyən Mehmet Şerefi işə aparıb gətirərkən tanış
olub. Mehmet Şeref bir müddət sonra yaşadığı evin həyətinə qulluq etmək
lazım olduğunu bildirərək evinin giriş darvazasının və evin açarlarını
bir nüsxəsini ona verib. Bir müddət evin həyətinə baxdıqdan sonra,
2021-ci ilin may ayından başlayaraq hərdən Mehmet Şeref evə sərxoş
vəziyyətdə gəlməsindən istifadə edib onun yatmasını gözləyib və o,
yatandan sonra qeyd olunan cinayət əməllərini törədib.

Prosesin yekununda hökm oxunub. Cinayət Məcəlləsinin 177.2.1,
177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxsə 2 il
11 ay 24 gün müddətinə azadlığın məhdudulaşdırılması cəzası təyin
edilib. Məhkəmə, Elşənin törətdiyi əməlindən peşman olmasını,
himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının
olmasını, vurulmuş ziyanın bir qisminin (5000 manat) ödənilməsini cəzanı
yüngülləşdirən hallar kimi qiymətləndirib.
Qeyd edək ki, M.Şeref Öğremenoğlu 3 ildir Bakıda fəaliyyət
göstərir. O, bu müddət ərzində öz sahəsi üzrə yetərincə tanınan
mütəxəssislərdən birinə çevrilib.