65f991b25403a202403242258
Bakıda sürücü sükan arxasında huşunu itirən qadını ölümdən belə qurtardı - ANBAAN VİDEO

Həyatını təhlükəyə ataraq sükan arxasında huşunu itirən xanıma yardım göstərən sürücü müəyyən olunub.

Qlobal.net oxu.az-a istinadən xatırladır ki, sosial şəbəkə səhifələrində, eləcə də müxtəlif media subyektlərində paytaxtın H.Əliyev prospektində KIA markalı, 10-PT-454  dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Faiq Şərif oğlu Rəhimovun sükan arxasında huşunu itirən xanım sürücüyə kömək göstərməsini əks etdirən videogörüntü yayımlanıb.

Bununla əlaqədar sürücü F.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və göstərdiyi köməyə görə ona təşəkkür edilib.

Eyni zamanda, F.Rəhimovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən olunub və nümunəvi sürücü kimi ona mükafat təqdim edilib. 

***

Bakıda dəhşətli qəzanın qarşısı alınıb.

Qlobal.net Titul.az-a istinadən xəbər verir ki, hadisə martın 11-i səhər saatlarında hava limanı yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-TF-571 dövlət nömrə nişanlı “MG” markalı avtomobili idarə edən sürücünün halı qəflətən pisləşib.

Nəticədə o, idarəetməni itirib və nəqliyyat vasitəsi qeyri-ixtiyari sağa-sola doğru hərəkət etməyə başlayıb. Bu zaman vəziyyəti anlayan hərəkətdə olan digər avtomobilin - “KIA” markalı avtomobilin sürücüsü yaranmış təhlükənin faciə ilə nəticələnməməsi üçün vaxtında müdaxilə edib.

Beləcə, öz həyatını təhlükəyə atan həmin sürücü avtomobilini qəzalı avtomobilin önünə keçirərək bu üsulla nəqliyyat vasitəsinin sürətini azaldıb və onun qarşısında dayanaraq, sürücüsü sükan arxasında özündən gedən maşını saxlamağa nail olub. O, daha sonra avtomobilindən düşərək epilepsiya xəstəsi olan qadına ilkin tibbi yardım göstərib. Həmçinin ərazidə olan digər sürücülər də köməyə gəliblər. 

Hadisənin videosunu təqdim edirik:

19.03.2024 17:19
show 595