6670365e6262c202406241302
Bakıda "Son zəng" tədbirinin görüntüləri müzakirə yaratdı - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanın ümumtəhsil məktəblərində "Son zəng" tədbiri baş tutub.

Qlobal.net Milli.Az-a istinadla xəbər verir ki, Bakıda sözügedən tədbirdən olan görüntülər diqqət çəkib. Məktəbi bitirən məzun adı qazanan 11-ci sinif şagirdlərinin hazırladığı rəqs nümunəsi birmənalı qarşılanmayıb. 

Gənc qıza rəqs zamanı qısa donu çətin anlar yaşadıb. Müəllimlərin qarşısında nümayiş olunan proqram sosial media istifadəçiləri tərəfindən də tənqidlərə tuş gəlib.

Həmin görüntüləri təqdim edirik:


17.06.2024 17:19
show 281