photo_10846104
Bakıda ŞOK OLAY: paytaxt sakini QAYÇI UDDU - FOTO

Bakıda yad cisim (qayçı) udan vətəndaş əməliyyat olunub.

Bu barədə report-a Nərimanov Tibb Mərkəzindən məlumat verilib.

Belə ki, təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən 06.09.2022-ci il saat 22:10 radələrində yad cisim (qayçı) udan vətəndaş Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında qayçı aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.

Cərrah Emin Quliyevin icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub. Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.

Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir.

Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir.


09.09.2022 10:40
show 263