64061d5e3c578202303230534

Bakıda ŞOK OLAY - Kosmetoloq fahişəliyə görə MƏHKUM EDİLDİ

Bakıda iki qadını fahişəliyə cəlb etdiyinə görə barəsində cinayət işi açılmış 1991-ci il təvəllüdlü kosmetoloq Fidan Xəlilovanın (şərti ad-soyadlı) məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, paytaxtdakı özəl estetik klinikalardan birində çalışan F.Xəlilova Cinayət Məcəlləsinin 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, F.Xəlilova onunla daha əvvəl bir yerdə işləmiş qadını və dayısı qızını pul qarşılığında intim münasibətdə olmaq məqsədilə müxtəlif şəxslərlə görüşdürüb. Bu məqsədlə o, sosial şəbəkələrdə səhifə yaradıb və kişi cinsindən olan şəxslərlə tanış olaraq onlarla 200-300 manat qarşılığında görüş təyin edib. Daha sonra isə Fidan görüşlərə həmin qadınları göndərib. O, hər görüşdən 50-100 manat gəlir əldə edib.

Xətai Rayon Məhkəməsində F.Xəlilova barəsindəki iş üzrə məhkəmə prosesi martın 2-də başa çatıb. Məhkəmə onu 2500 manat cərimə cəzasına məhkum edib.

06.03.2023 21:04
show 1133