640b156b76be1202303233259
Bakıda ATIŞMA - Güllələnənlər var (VİDEO)

Bakıda baş verən atışmada yaralananların adları açıqlanıb.  

Onlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü il təvəllüdlü Tamerlan Hüseynovdur. 

Daxili İşlər Nazirliyindən bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib.  

***

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib. 

Bu barədə TƏBİB-dən bildirilib. 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 

*** 

Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb. 

Məlumat  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib. 

Bildirilib ki, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. 

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.

 ***

"Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.

 

10.03.2023 15:32
show 686