640b9c82d4734202303230922

Bakıda silahlı hücum edənlərin YENİ GÖRÜNTÜLƏRİ: Hadisə yerindən BELƏ QAÇDILAR - ANBAAN VİDEO

Ötən gün Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı yeni kadrlar yayılıb.

Qlobal.net xəbər verir ki, hadisəni törədən şübhəlilərin ərazidən uzaqlaşdığı kadrlar yayılıb.

İki nəfəri güllələyən şəxslərin hadisə yerindən qaçış videosunu təqdim edirik:

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 1 ədəd cinayətdə istifadə olunan "Rivsr" markalı tapança götürülüb. Əməliyyat tədbirləri davam etdirilir.

Silahlı hücum nəticəsində 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda KTM-in Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Qeyd olunub ki, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb, vəziyyəti orta ağır qiymətləndirilir.

11.03.2023 01:08
show 483