67bb30db720b7202502252947

Bakıda QORXULU ANLAR - Gənc qız lükə düşdü - VİDEO

Şəhərin Nəriman Nərimanov rayonunda Əliyar Əliyev küçəsində gənc qız ağzı açıq lükün içinə düşüb.

Qlobal.net xəbər verir ki, sözügedən hadisəyə şahid olan ondan çox şəhər sakini zərərçəkən xanıma yardım etmək məqsədilə dərhal səfərbər olublar.

Onların ilkin olaraq qızı xilas etmək cəhdləri boşa çıxıb. Bu səbəbdən sürücü olan yardımsevərlərdən biri avtomobilindən gətirdiyi kəndir vasitəsilə gənci lükün içindən çıxarmağa müvəffəq olub. (bakuplus)


23.02.2025 18:27
show 397