63ad8db15aece202212225305
Bakıda “qoçu”luq edən xanım sürücü peyda oldu - VİDEO

Bakıda “qoçu” xanım sürücü peyda olub. 

Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda (Masazır dairəsində) baş verib.

Belə ki, 77-AF-960 qeydiyyat nişanlı “Mazda” markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq görüntünü qeydə alan sürücüyə maneə yaradıb. Sürücü təhlükə yarandığını görən zaman ona səs siqnalı ilə xəbərdarlıq edib. Bundan qəzəblənən xanım sürücü görüntünü qeydə alan avtomobilin arxasınca gedərək onun qarşısını kəsib, daha sonra avtomobilin banına zərbələr endirib.

Sürücü buna əhəmiyyət verməyib yoluna davam etsə də, xanım sürücü bu hərəkəti davamlı şəkildə törətməyə başlayıb.

Sözügedən videonu təqdim edirik:

29.12.2022 16:52
show 557